“Qəbələ”nin milliyə dəvət alan futbolçusu: “Özümü çox xoşbəxt hiss edirəm”

“Qəbələ”nin milliyə dəvət alan futbolçusu: “Özümü çox xoşbəxt hiss edirəm”

Hazırda oxunan: “Qəbələ”nin milliyə dəvət alan futbolçusu: “Özümü çox xoşbəxt hiss edirəm”
239212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər bir futbolçunun ən böyük arzusu öz milli komandasına dəvət almasıdır”.

Bizim.Media xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında ilk dəfə Azərbaycan milli komandasına çağırılmasına münasibət bildirib: “Bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm.

Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.

Qeyd edək ki, yığmamız martın 22-də Haiti, üç gün sonra Belarusla qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO