“Malmö”nün baş məşqçisi: “Qarabağ” güclü komandadır”

“Malmö”nün baş məşqçisi: “Qarabağ” güclü komandadır”

Hazırda oxunan: “Malmö”nün baş məşqçisi: “Qarabağ” güclü komandadır”

214269

Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. 

Bizim.Media xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları maraqlı oyunun gözlədiyini bildirib:

"Qarabağ"ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. 
 

Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik".


Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO