Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"da çıxış edən Armand Laurienteni tramsfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
"Qalatasaray" İtaliya klubuna 10+2 milyon avroluq tıklif göndərib. "Sarı-qırmızılar" fransalı vingerin özünə isə illik 2,5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib.
Qeyd edək ki, "Sassuolo" Armand Laurienteni 2022-ci ilin avqust ayında Fransanın "Loryen" klubundan transfer edib. 25 yaşlı futbolçu komadanın heyətində keçirdiyi 70 rəsmi matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:45 / 27.08.2024
“Qalatasaray" fransalı futbolçu TRANSFER EDƏCƏK
Hazırda oxunan: “Qalatasaray" fransalı futbolçu TRANSFER EDƏCƏK
Hazırda oxunan: “Qalatasaray" fransalı futbolçu TRANSFER EDƏCƏK
208552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.