Azərbaycan milisinə "Qalatasaray", "Beşiktaş"dan futbolçular ÇAĞIRILDI

Hazırda oxunan: Azərbaycan milisinə "Qalatasaray", "Beşiktaş"dan futbolçular ÇAĞIRILDI

184447

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B liqasının l qrupunda oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

Hazırlıq prosesinə aşağıda qeyd olunan futbolçular dəvət alıb:

Aytac Şərifovav, Nərgiz Hacıyeva ("Trabzonspor" Türkiyə), Nərgiz Əliyeva ("Karadeniz Ereğli Belediyespor" Türkiyə), Günay İsmayılova, Manə Mollayeva, Aysun Əliyeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Milana Rəhimova ("Neftçi"), Nigar Mirzəliyeva ("Zenit"), Ayşən Əhmədova (PAOK, Yunanıstan), Alina Dorofeyeva, Diana Məmmədova ("Yenisey" Rusiya), Fidan Cəfərova ("Baku Juniors"), Vüsalə Hacıyeva ("Amedspor" Türkiyə), Jalə Məhsimova ("Beylerbeyi Spor" Türkiyə), Yeliz Acar,  Peritan Bozdağ ("Fatih Vətən" Türkiyə), Esra Manya ("Beşiktaş" Türkiyə), Kristina Bakarandze, Nazlıcan Parlak ("Qalatasaray" Türkiyə), Sevinc Cəfərzadə ("Eastern Flames" Səudiyyə Ərəbistanı), Vüsalə Seyfəddinova ("Olimpiada İmittou" Yunanıstan)

Qeyd edək ki, Azərbaycan millisi aprelin 5-də, saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da, saat 16:00-da isə Bakıda İsveçrə ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO