AFFA-nın baş katibi: “Əgər oyundan qabaq uduzursa, bu düzgün yanaşma deyil”

AFFA-nın baş katibi: “Əgər oyundan qabaq uduzursa, bu düzgün yanaşma deyil”

Hazırda oxunan: AFFA-nın baş katibi: “Əgər oyundan qabaq uduzursa, bu düzgün yanaşma deyil”

159620

AFFA-nın baş katibi Sərxan Hacıyev Estoniya - Azərbaycan matçından öncə jurnalistlərin suallarını cavablandırıb.  

Bizim Media-nın Tallinə ezam olunmuş əməkdaşının da iştirak etdiyi birifinqdə federasiya rəsmisi maraqlı məqamlara toxunub. 

- Əcnəbi məşqçilər Azərbaycan millisinin oyunu haqda danışmaq əvəzinə Azərbaycan futbolunun problemlərindən, rəqiblərin səviyyəsindən danışırlar. Sanki bu adamlar məşqçilik yox, şərhçilik işi ilə məşğul olurlar. Bəlkə AFFA əcnəbi məşqçilərə, xüsusilə də Canni De Byazidən nə gözlədiyini ona düşgün çatdıra bilmir. 
- De Byazinin qarşısına sizin dediyiniz şərt qoyulmayıb. Əlbəttə ki, hər baş məşqçi hansısa məsələ ilə bağlı tutarlı əsas gətirmək məcburiyyətindədir. Nəticələrlə bağlı İcraiyyə Komitəsinin iclaslarında məşqçidən hesabat tələb olunur. Həmin iclaslarda hesabat dinlənilir və müəyyən suallar verilir. Mətbuat konfranslarında verilən açıqlamalarla bağlı hər hansı fikir bildirə bilmərəm. 

- Bizim baş məşqçilərdən gözləntimiz problemləri demək yox, problemlərdən çıxış yolunu tapmaqdır. Yəqin ki, AFFA da nəticə gözləyir ki, De Byazini postunda saxlayıb. Əcnəbi məşqçilər bildirir ki, rəqiblər güclüdür...  

- Eyni suallar İcraiyyə Komitəsinin iclaslarında baş məşqçiyə verilir. Ümumi olaraq onu deyə bilərəm ki, verilən cavablar nəzərə alınır və gələcəkdə verilən qərarlara təsir edir.  

- De Byazi bildirib ki, qarşıma heç bir hədəf qoyulmayıb. Ümumiyyətlə millimiz bu qrupa düşəndə gözləntiniz nə idi?  

- Baş məşqçinin sizə hansı açıqlamaları verdiyini bilmirəm. Baş məşqçi oyundan əvvəl məğlub olursa, bu, düzgün deyil. Rəqibdən, qrupdan asılı olmayaraq komanda meydana yalnız qələbə üçün çıxmalıdır. Məqsədə gəldikdə isə, hazırda müəyyən reallıqlar var. Belə məqsəd qoymaq çətindir ki, komanda mütləq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıdır.

Hamımız anlayırıq ki, baş məşqçinin qarşısına belə məqsəd qoymaq çətindir. Baş məşqçinin qarşısına müsbət dinamikalı oyun göstərmək vəzifəsi qoyulub. Bu məqsəd yerinə yetirildikdə və ya yetirilmədikdə aidiyyatı qurum lazım olan addımı atır. Baş məşqçinin deməsi ki, qrupumuz çətindir, biz heç nə edə bilmərik, bu, düzgün deyil. 

- Elxan Məmmədovla görüşünüz hansı məqsədlə idi?

- Görüş sırf Elxan Məmmədovla deyildi. Avropa və Asiya federasiyaları nümayəndələrinin görüşü idi. İkinci görüş isə türkdilli ölkələr arasında idi. Əsas məqsəd bu ölkələr arasında iş birliyi yaratmaq idi. - Elxan Məmmədovla ikinizin şəxsi görüşü oldu? - Xeyr.  

- Qeyd etdiniz ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq hədəf deyildi. Bəs qarşıya neçə xal toplamaq vəzifəsi qoyulmuşdu?  

- Əslində bunlar bir-birinə bağlı olan məsəslələrdir. Baş məşqçinin qarşısına hər hansı xal tələbi qoyulmamışdı. Lakin yaxşı oyun göstərmək elə xala bərabər bir şeydir. Komanda yaxşı oyun göstərsə, xallar da artacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO