“Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək

“Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək

Hazırda oxunan: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək

151552

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Üç xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla 4-cü, “ağ-qaralar” isə 1 xalla 8-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO