“Neftçi”nin yeni prezidentinin ADI AÇIQLANDI  

“Neftçi”nin yeni prezidentinin ADI AÇIQLANDI  

Hazırda oxunan: “Neftçi”nin yeni prezidentinin ADI AÇIQLANDI  

147727

"Neftçi"nin yeni prezdenti məlum olub.  

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb. 

F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur.
F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Evlidir, 3 övladı var. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO