Fransa klubu məşhur hücumçu ilə müqavilə bağladı

Fransa klubu məşhur hücumçu ilə müqavilə bağladı

Hazırda oxunan: Fransa klubu məşhur hücumçu ilə müqavilə bağladı

147513

Fransanın "Marsel" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.  

Bizim.Media xəbər verir ki, Liqa 1 təmsilçisi "Çelsi"dən PyerrEmerik Obameyanqı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  

"Marsel" 34 yaşlı forvard üçün London klubuna təzminat ödəməyib. Qabonlu futbolçu yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.  

Qeyd edək ki, "Çelsi" Pyerr-Emerik Obameyanqı ötən ilin sebtyabr ayında "Barselona"dan transfer etmişdi. Təcrübəli ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO