Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

Hazırda oxunan: Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

136245

Azərbaycan millisi iyunun 17-də AVRO-2024-ün seçmə məhələsində Estoniyanı qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək görüşün biletləri sabahdan etibarən satışa çıxarılacaq. 

Biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5 manat, 2-ci kateqoriya 2 manat, VIP üçün isə 10 manat nəzərdə tutulub. 

Biletləri 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Köşk №1, Köşk №2, 1 saylı ASAN Xidmət, 2 saylı ASAN Xidmət, 3 saylı ASAN Xidmət, 4 saylı ASAN Xidmət və Sumqayıt ASAN Xidmətində əldə etmək mümkündü. 

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO