“Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazandı

“Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazandı

Hazırda oxunan: “Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazandı

125762

UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə dörddəbir finalın bütün iştirakçıları müəyyənləşib.

“Real Madrid” klubu “Liverpul”u qəbul edib. Oyunda Madrid təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Komandalar arasında İngiltərədə keçirilən ilk matç “Real Madrid”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında isə “Ayntraxt” (Frankfurt) klubu İtaliyada “Napoli”nin qonağı olub. Üstün oyun nümayiş etdirən Neapol təmsilçisi rəqibini üç cavabsız qolla məğlub edib – 3:0. Komandalar arasında ilk qarşılaşmada “Napoli” 2:0 hesablı qələbə qazanıb.

Beləliklə, “Real Madrid” və “Napoli” klubları növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları dörddəbir finala yüksəliblər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO