\

\"Neymar \"Barselona\"da qalsaydı, \"Qızıl top\"u qazanacaqdı\" 

Hazırda oxunan: \"Neymar \"Barselona\"da qalsaydı, \"Qızıl top\"u qazanacaqdı\" 

123803

Braziliyanın “Qremio”sunun futbolçusu Luis Suares PSJ-nin hücumçusu Neymar haqda danışıb.

Bizim.Media "Placar"a istinadən xəbər verir ki, o deyib ki, braziliyalı oyunçu "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı:

“Bunu açıq şəkildə söyləyirəm və bütün məsuliyyəti dərk edirəm. Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı. Bu mənim fikrimdir”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan ayrılıb. Braziliyalı hücumçu 222 milyon avroya PSJ-yə keçərək tarixin ən bahalı oyunçusu olub.

31 yaşlı Neymar karyerası ərzində heç vaxt “Qızıl top”u qazanmayıb. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Suares və Neymar "Barselona"da sabiq komanda yoldaşı olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO