\

\"Qarabağ\"da çox şey öyrəndim\" - Aqolli 

Hazırda oxunan: \"Qarabağ\"da çox şey öyrəndim\" - Aqolli 

121614

“Qarabağ”la ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün xüsusi şərəfdir. Bu təcrübə məni futbola fərqli, daha yetki baxmağa vadar etdi.  Bu, mənə çox kömək oldu."Qarabağ"da oynamaqla çox şey öyrəndim. Həmişə komandam üçün hər şeyi verməyi və komanda yoldaşlarıma kömək etməyi düşünmüşəm. Bunu etsəniz, əlbəttə ki, nailiyyətlər gələcək". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli tribalfootball.com-a açıqlamasında deyib. 

Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik edən albaniyalı keçmiş futbolçu karyerasının ən yaddaqalan anları haqda da danışıb: 

"Karyeramda çox gözəl anlar yaşadım. Birincisi "Qarabağ"la bütün seçmə mərhələlərdən keçdikdən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Az büdcəyə baxmayaraq, buna nail olduq. Klubda ölkə çempionluğu titulları da əldə etdik". 

O, daha sonra bildrib: "Mən Almaniya Bundesliqasında oynamaq istəyirdim. Amma "Qarabağ"a keçdikdən sonra Çempionlar Liqası və Avropa Liqasının qruplarında oynadım. Bəlkə də Almaniyaya getsəydim, bu baş verməzdi. Karyerama görə peşman deyiləm və gördüyüm işdən razıyam". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO