\

\"Neftçi\" Saldanya ilə müqavilənin müddətini açıqladı

Hazırda oxunan: \"Neftçi\" Saldanya ilə müqavilənin müddətini açıqladı

116850

"Neftçi"nin yeni transferi Mateus Saldanya ilə imzaladığı müqavilənin detalları məlum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yaponiyanın “JEF Yunayted Çiba” klubundan icarəyə götürülən futbolçu ilə 1 illik sözləşməyə qol çəkilib. 23 yaşlı forvard komandada 9 nömrəli formanı geyinəcək. 

Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib. 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO