"Son 2-3 gündə çətin vəziyyətdə idik" - Ayxan Abbasov 

Hazırda oxunan: "Son 2-3 gündə çətin vəziyyətdə idik" - Ayxan Abbasov 
107003
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Oyunun mahiyyətini bilirdik. "Sabah" ən yaxşı komandalardandır. Oyunları ilə hər dəfə bunu sübut ediblər. Buna baxmayaraq, futbolçularım sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesabdan asılı olmayaraq onlara təşəkkürümü bildirəcəkdim". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib. 

0:1 hesablı məğlubiyyəti şərh edən məşqçi itkilərinin çox olduğunu bildirib:  

"Son 2, 3 gündə çətin vəziyyətdə idik. Bir neçə futbolçumuz oyuna ağrı ilə çıxmışdı. Onların xarakter nümayiş etmələri məni sevindirdi. İtkilərimiz çoxdur. Bəzi futbolçularımız demək olar ki, 50 faiz hazır idilər, amma oynatmağa məcburuq.
Qış fasiləsinədək sıx qrafikə girmişik. Təəssüf ki, Henri də oyunun əvvəllində zədələnərək o sıraya qatıldı. Nə qədər itkilərimiz də olsa futbolçularımızdan bu əzmkarlığı istəyirik. Gənc futbolçularımızın "Sabah" kimi rəqibə qarşı çəkinmədən mübarizə aparmaları məni sevindirir. Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO