DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vuruldu – VİDEO

DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vuruldu – VİDEO

Hazırda oxunan: DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vuruldu – VİDEO
106743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Bizim.Media xəbər verir ki, günün ilk matçında G qrupunda Kamerun və Serbiya komandaları üz-üzə gəliblər.

Qarşılaşma 3:3 hesabı ilə bitib. Afrikalıların qollarını 29-cu dəqiqədə Jan-Şarles Kastelletto, 64-cü dəqiqədə Vinsent Abubakar və 66-cı dəqiqədə Erik Çupo-Motinq vurub.
Avropa təmsilçisində 45+1-ci dəqiqədə Strahinya Pavloviç, 45+3-cü dəqiqədə Sergey Milinkoviç Saviç və 53-cü dəqiqədə Aleksandr Mitroviç fərqlənib.

Hər iki tərəf mundialda ilk xalını qazanıb. Qrupa 3 xalla Braziliya seçməsi başçılıq edir. İkinci sıradakı İsveçrə də eyni xala malikdir. Serbiya və Kamerunun hərəyə bir xalı var.

Qrupun digər matçında "sambaçılar" İsveçrə kollektivi ilə görüşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO