Ronald Kuman:

Ronald Kuman: "Messinin başqa klubun formasını geyinəcəyini təsəvvür etmirəm”

Hazırda oxunan: Ronald Kuman: "Messinin başqa klubun formasını geyinəcəyini təsəvvür etmirəm”

10672

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman ulduz futbolçu Lionel Messinin klubdakı taleyindən danışıb.

Bizim.Media "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis 33 yaşlı hücumçu haqqında xoş sözlər işlədib.

Kuman Messinin başqa klubun formasını geyinəcəyini təsəvvür etmədiyini söyləyib:

"Messi "Barselona"da qalacaq? Buna əmin deyiləm. Qalacağına ümid edirəm. Çünki o, hələ də əla oyunçudur və komandaya nəticələr qazandırır.

Onunla çalışmağı xoşlayıram, məşqlərdə keyfiyyətlərini görmək inanılmazdır.

"Barselona"ya uşaq vaxtı gəlib. Başqa klubun formasını geyinəcəyini təsəvvür etmirəm".

Qeyd edək ki, Lionel Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO