Azərbaycanda müstəntiq və polisi vurdular

Azərbaycanda müstəntiq və polisi vurdular

Hazırda oxunan: Azərbaycanda müstəntiq və polisi vurdular

74479
Ötən gecə saat 23 radələrində Bərdə rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdədən Ağcabədiyə gedən yolda “VAZ-2107”x9d markalı avtomobil 15 yaşlı oğlanı vurub.

Məlumat daxil olan kimi hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən yoldan ötən “VAZ-2107”x9d markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.

Qəza nəticəsində faktı araşdıran müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlardan Zaur İsmayılovun vəziyyəti daha ağır olduğu üçün onu Bakıya göndəriblər. 

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO