6 otaqlı ev külə döndü -  “Balalarım içəridən çıxa bilmədi”x9d (VİDEO)

6 otaqlı ev külə döndü - “Balalarım içəridən çıxa bilmədi”x9d (VİDEO)

Hazırda oxunan: 6 otaqlı ev külə döndü - “Balalarım içəridən çıxa bilmədi”x9d (VİDEO)

168954
Kürdəmir rayonunun Xırdapay kəndində yanğın olub.

ARB TV xəbər verir ki, hadisə Malay Cəbrayılova məxsus ümumi sahəsi 230 kvadratmetr olan 6 otaqlı fərdi yaşayış evində baş verib. Tikilinin 3 otağı içərisindəki bütün əşyalarla birlikdə tamamilə yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi alovdan mühafizə olunub.

Nərminə Cəbrayılova (ev sahibi) : “Ev alışıb yandı. Balalarım içəridən çıxa bilmədi. Pəncərəni sındırıblar, uşaqları oradan çıxarıblar. Oğlumun başı, boynu yanıb”x9d.

İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO