Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi FETÖ-çu kimi həbs olundu

Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi FETÖ-çu kimi həbs olundu

Hazırda oxunan: Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi FETÖ-çu kimi həbs olundu
145782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı  Hasan Nevzat Taşdeler 15 iyul baş tutmamış hərbi çevriliş cəhdinə görə həbs edilənlərdən biridir.

Bəlli olub ki, İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.

General Taşdeler bir müddət 3-cü zirehli briqadanın komandiri olub. 2015-ci ildə korpus generalı rütbəsini alıb. Bakıdakı hərbi attaşesi vəzifəsini 2015-ci ilin avqustunda başa vurub. Bundan sonra Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin edilib.

Hasan Taşdələr “Ergenekon”x9d əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır. Nüsret Taşdeler Egey ordusu komandanı və Quru Qüvvələrinin Tədris və Doktrin komandanlığının rəhbəri olub. Ömürlük həbs cəzası alıb, 2014-cü ilin mayında “Ergenekon”x9d işinin qurama olmasının etiraf edilməsindən sonra həbsdən buraxılıb. (Virtualaz.org)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO