Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirildi - VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirildi - VİDEO

54154

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Bizim.Media Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.

Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO


Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb.

Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib.

Şərti düşmənin hava hücumundan müdafiə sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılarımız terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO