Dövlət Komitəsi məcburi köçkünün müraciətinə cavab verdi

Dövlət Komitəsi məcburi köçkünün müraciətinə cavab verdi

Hazırda oxunan: Dövlət Komitəsi məcburi köçkünün müraciətinə cavab verdi

86212

Bir müddət bundan öncə Bərdə rayonunda Səməd, Vurğun küçəsi ev 33-də məskunlaşanxa0 Laçın rayonundan olan məcburi köçkün Sabir Musayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciətini dərc etmişdik. Müraciətdə deyilirdi:

1992-ci ildə Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra minlərlə digər soydaşımız kimi biz də öz doğma yurdumdan, dədə-baba ocağımızdan didərgin düşmüşük. Mən və həyat yoldaşım nitq qabiliyyətindən tamamilə məhrum insanlar olduğumuz üçün ailəmizdə hər zaman xəstəlik və sosial keçimsizlikdən doğanxa0 gərginlik hökm sürüb. Məcburi köçkün olaraq mənzil təminatımızın düz 23 ildir ki, reallaşmaması ailəmizin vəziyyətini daha da çıxılmaz edib. Bugünə qədər mənzil təminatı ilə bağlı bütün əlaqədar qurumlara dəfələrlə müraciət etsək də, bu müraciətlərin heç biri nəticə verməmiş, qaçqın ailəsi olaraq düşdüyümüz duruma yetkililər tərəfindən hədsiz biganəlik və laqeydlik sərgilənmişdir.

Hörmətli komitə sədri.

Mənzil probleminin illər uzunudur ki, öz həllini tapmaması ailə üzvlərimizi sözün həqiqi mənasında pərən-pərən salıb, 4 nəfərlik ailəni faktiki olaraq üç yerə bölüb. Belə ki, ailəlikcə sığına biləcəyi bir yuvamız olmadığından məcburən ailə üzvlərimizin hər bir fərdini bir qohumun evində yerləşdirməli olmuşuq. Nəticədə, bir neçə ildir ki, 4 nəfərlik ailə 3 fərqli şəhər və məkanda ”“ qohum-qardaş evlərində, bir-birindən ayrı, bir-birinə aidiyyatı olmayan insanlar kimi yaşamaqdadır. Bu isə ailə bağlarını zəiflətməklə yanaşı, ailə fərdlərininin mənəviyyatı və psixologiyasına da ağır zərbə vurur, onlarda güvənsizlik və çarəsizlik duyğusu formalaşdırır. Ən acınacaqlısı isə odur ki, bir Azərbaycan ailəsinin üzləşdiyi bu faciəyə hələ də son qoyan tapılmır.

Uzun illərdir ki, qohum qapılarında sıxıla-sıxıla, utana-utana böyüyən övladlarımız artıq çağırışçı yaşına çatıb. Yaxın gələcəkdə onları həqiqi hərbi xidmətə yola salacayıq. Çox istərdik ki, onları vətənin qulluğuna qohum qapılarından deyil, müvəqqəti də olsa bizim ailənin sərəncamına verilən öz evimizdən, öz mənzilimizdən yollayaq”x9d.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət”x9d qəzetinə açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov S.Musayevi narahat edən məsələyə aydınlıq gətirib. E.Qədimovun sözlərinə görə, mənzilə ehtiyacı olan bütün məcburi kökünlərin köçürülməsi məsələsi nəzərdə tutulsa da, ilk növbədə kompakt halda yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılır:

“Bildiyiniz kimi məcburi köçkünlərin bir hissəsi yeni yaşayış massivlərində məskunlaşdırılıb. Əvəllər belə bir məskunlaşma həyata keçirilib və məcburi köçkünlərin bir qismi yeni mənzillərlə təmin olunublar. Bərdə rayonu ərazisində hündürmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksi salınıb. Hansı ki, hələ orada heç kim yerləşdirilməyib. Həmin yaşayış kompleksinə kompakt ərazilərdə, ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Bərdə Rayon İcra Hakimiyyəti hansı ərazinin köçürülməsini daha məqsədəuyğun hesab etsə, həmin binalara da o ərazidə məskunlaşan köçkünlər köçürüləcək. Çünki Rayon İcra Hakimiyyəti hansı ərazilərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə daha çox ehtiyac olduğunu bilir və buna görə də bu məsələdə onların rəyi əsas götürüləcək. Yəni həmin əraziyə kompakt şəkildə məskumlaşan məcburi köçkünlər köçürüləcək.

Ayrı-ayrı şəxslərin evində, yaxud müxtəlif məkanlarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi isə gələcəkdə, mərhələli şəkildə həyata keçirirləcək”x9d.

E.Qədimov S.Musayevin köçürülmə işi ilə məşğul olan xüsusi komissiyaya müraciət edə biləcəyini də qeyd etdi:

“Köçürülmə zamanı xüsusi yaradılmış komissiya olur ki, həmin komissiya köçürülmə işlərin ilə məşğul olur. Köçürülmə zamanı vətəndaş həmin komissiyaya da müraciət edə bilər. Amma bir daha qeyd edirəm ki, ilkin olaraq daha ağır şəraitdə kompakt halda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO