Daxili işlər naziri Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı ilk məhkəmə prosesi 1 sentyabr tarixində keçiriləcək. Bu barədə Moderator.az-a açıqlamasında R.Usubovun vəkili Əlirza Həbilov bildirib. Ə.Həbilovun sözlərinə görə R.Usubov E.Quliyevi nazir kimi yox, vətəndaş kimi məhkəməyə verib:
“Mən daxili işlər naziri
R.Usubovun deyil, Azərbaycan Respublikasının vətəndaşı olan Ramil Usubovun vəkiliyəm.
Cənab R.Usubov xüsusi ittiham qaydasındakı şikayəti nazir kimi yox, vətəndaş
kimi verib. İlk məhkəmə prosesi cari ilin 1 sentyabr tarixində Nəsimi Rayon Məhkəməsində
hakim Şəlalə xanım Həsənovanın icraatında keçiriləcək”.
Seymur Əliyev































































































