Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Süleymaniyyə məscidində ibadət edən zaman çəkilən fotosundan danışıb.
“Təxminən 10 ildən çoxdur ki, ibadətlə məşğulam. Bütün mətbuat bunu ibadətə başlamaq kimi təqdim edir, amma şəkildə sadəcə olaraq Süleymaniyyə məscidində olduğum yazılır”- deyə İqbal Ağazadə Moderator.az-a bildirib.
Namaz qılması haqda ətraflı danışmaq istəməyən deputat ibadət etsə də oruc tutmadığını deyib. Səbəbini isə açıqlamayıb.





































































































