DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir

DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir

Hazırda oxunan: DİN və MTN “ləzgi məscidi”ndə əməliyyat keçirir

48401
Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan camedə əməliyyat keçirib. Hadisə yerində olan “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının  əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.
Əməkdaşımızın sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərzidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.
F.İlqaroğlunun sözlərinə görə, Səbail Rayon Polis idarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən “tədbir”lə əlaqələndiriblər.

“Yeni Müsavat”ın sabahkı saytında bu barədə daha ətraflı məlumat veriləcək,

Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO