Şimali Atlantika təşkilatı istənilən Avropa ölkəsini tərkibinə qəbul etməyə hazırdır. Moderator.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
“NATO-nun qapıları, üzərinə üzvlüyün vəzifə və öhdəliklərini götürə bilən istənilən Avropa ölkəsi üçün açıqdır. Həm də, yeni üzv Avroatlantik regionunun təhlükəsizliyini təmin etmək üçün töhfə də verə bilər. ABŞ öz müttəfiqləri ilə birləşir” - deyə Con Kerri bildirib.
Dövlət katibi konkret ölkə adını çəkməyib. Kerrinin bəyanatı NATO-nun ardıcıl olaraq genişlənməsinin ildönümünə həsr edilib. 1999-cu ilin mart ayında alyansa Macarıstan, Polşa və Çexiya, 2004-cü ilin mart ayında Bolqarıstan, Estoniya, Litva, Rumıniya, Slovakiya və Slovenya, 2009-cu ilin aprelin 1-də isə Albaniya və Xorvatiya NATO-nun üzvünə çevrilib.
Kerrinin sözlərinə görə, hərbi alyans “Avropada demokratiyanı, çiçəklənmə və sabitlik yayıb”



































































































