Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Şuraabad, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Göygöl, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.































































































