
- A-
- A
- A+
“Bu hadisə qərənfil obrazını tamamilə dəyişdirdi”
20 Yanvar faciəsinin növbəti ildönümü yaxınlaşdıqca bu hadisələrin tarixmizdə, ədəbiyyatımızda nə dərəcədə dərindən əks olunması ilə bağlı müzakirələr də intensivləşməkdədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, professor Nizami Cəfərov hesab edir ki, 20 Yanvar faciəsi ilə bağlı ədəbiyyatımızda bir sıra ciddi əsərlər yaransa da, bunu yetərli hesab etmək olmaz:
“İlk dönəmlər bizim 20 Yanvarla bağlı kifayət qədər mükəmməl əsərlərimiz yarandı. Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması yarandı ki, o, bəlkə də Azərbaycan ədəbiyyatınn ən mükəmmməl poeziya nümunələrindən biridir. Xalq yaradıcılığı tipində də, emosional təhlil baxımından qərənfil obrazı yarandı. O dövrə qədər qərənfil şadlıq simvolu idi, o dövrdən sonra isə kədər simvoluna çevrildi. Hiss olundu ki, bu yaradıcılıq kökdən və dərindən gəlir. Daha sonra çoxlu publisistik əsərlər meydana çıxdı. Lakin mən düşünmürəm ki, bu, kifayət edir. Zaman-zamanxa0 daha miqyaslıa təhlillər aparılacaq, yeni əsərlər meydana çıxacaq. Hansı ki, biz o əsərlərdə 20 Yanvar hadisələri ilə bağlı yeni fikir və yanaşmalara şahid olacağıq”.
xa0
Seymur ƏLİYEV
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































