
- A-
- A
- A+
Gündəm
14:17 / 18.12.2018
1 dəq oxunma
Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi
Hazırda oxunan: Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi
251756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Moderator.az xəbər verir ki, 9 maddədən ibarət olan sənəd Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.
Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































