
- A-
- A
- A+
Gündəm
09:56 / 19.09.2018
1 dəq oxunma
Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
Hazırda oxunan: Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
240559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verildiyi kimi, dünən –sentyabrın 18-də Ermənistan baş naziri Nikol Paşinyan gözlənilmədən Azərbaycanın işğal altındakı ərazilərinə soxulub. Erməni mənbələrinin verdiyi məlumata görə, o,xa0 Qarabağın şimalındakı erməni mövqelərinə baş çəkib. “Qarabağın şimalı” deyiləndə isə Kəlbəcər- Murov istiqaməti nəzərdə tutulur…xa0
Moderator.az Paşinyanın Azərbaycan dağlarındakı erməni postlarında çəkdirdiyi fotoları əldə edib. Fotoların birində işğalçı ölkə liderinin durbinlə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə etdiyi görünür. Yəqin ki, Paşinyan bununla demək istəyir ki,xa0 “Qarabağın ən hündür zirvələri Murov, Dəlidağ, Kirs və s. kimi strateji yüksəklikləri bizim əlimizdədir, yekə-yekə danşmayın, biz sizə yuxarıdan aşağı baxırıq…”

P.S. Biz Paşinyanı və digər yanları təcili Murovdan, Dəlidağdan, Kirsdən endirməsək, sabah Rusiya, Fransa, Amerika arxalarında durub dəstək verən kimi özləri o dağlardan üzü aşağı üstümüzə gələcəklər – Gəncəyə, Tərtərə, Bərdəyə, Yevlağa, Kürə, Bakıya sarı…xa0xa0
P.P. S. Qafqazı xristianlaşdırmaq, türksüzləşdirmək, müsəlmansızlaşdırmağı planlaşdıran Qərbin də, Şimalın da bu gün önündə duran bəlkə də yeganə maneə -Bakı-Tbilisi-Ceyhan boru xəttidir, qaz xətləridir… Neft-qaz qurtarınca Qarabağı azad etməsək, vay halımıza…
Sultan Laçınxa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





































































































