“Türkiyə Amerikanı məhkəməyə verə bilər”  – Terrora dəstək verdiyi üçün...

“Türkiyə Amerikanı məhkəməyə verə bilər” – Terrora dəstək verdiyi üçün...

Hazırda oxunan: “Türkiyə Amerikanı məhkəməyə verə bilər” – Terrora dəstək verdiyi üçün...
211692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikanın PYD-yə çoxlu sayda hərbi yardım göstərdiyi, terror təşkilatının bu yardım hesabına türk ordusuna müqavimət göstərməyə çalışdığı bəllidir. Maraqlıdır, Türkiyə terror təşkilatına göstərdiyi yardıma görə Amerikanı beynəlxalq məhkəməyə verə, onu beynəlxalq qanunlar vasitəsi ilə cəzalandıra bilərmi?

Moderator.az-a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğluxa0Türkiyənin belə bir haqqa sahib olduğunu vurğuladı:

“Amerikanın konstitusiyasına görə, onların terror təşkilatları siyahısında yer alan təşkilatlara hər hansı şəkildə dəstək vermək cinayət məsuliyyəti yaradır. PYD-nin də PKK-nın bir uzantısı olduğuna dair Türkiyənin əlində yetəri qədər faktlar var. Mətbuat səhifələrində də bu haqda çoxlu materiallar var. Elə bu yaxınlarda Rakkanı İŞİD-dən alan PYD meydana böyük bir Öcalan portreti asmışdı. Amerikanın özünün keçmiş müdafiə naziri konqresdəki dinləmələrdə etiraf etmişdi ki, PKK və PYD eyni şeydir. Amerikanın da PYD-yə minlərlə trayler dolusu silah verdiyi və bu silahlarla PYD-nin həm də NATO əsgəri olan türk əsgərini şəhid etdiyi məlumdur. Beynəlxalq hüquqa görə də Türkiyənin Amerikanı terrora dəstək verən ölkə kimi məhkəməyə vermək haqqı var. Bu məsələnin gec-tez beynəlxalq ədalət məhkəməsinin gündəminə gələcəyini düşünürəm”.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO