Bakıdakı səs-küylü toyun sahibləri bilindi:  Əhmədzadənin qardaşı, univermağın sahibi...

Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, univermağın sahibi...

Hazırda oxunan: Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, univermağın sahibi...

208262
Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

Moderator.az-ın axşam.az-a istinadən məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.

Məlumata görə, gəlin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”x9d ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.xa0

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.

Toy sahiblərinin yaxınları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Əlavə edilib ki, bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO