May ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri davam edir. Müxalifət düşərgəsi ölkədəki mövcud sosial-iqtisadi vəziyyətdə bu cür yarışların keçirilməsini lazımsız hesab etsə də, sözügedən beynəlxalq tədbirlərin vacibliyini düşünənlər də az deyil.
Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə məlum tədbirlərin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Ümumiyyətlə, yalnız İslam Həmrəylik Oyunlarının deyil, ölkədə keçirilən bütün beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti var. Hamı gəlib Azərbaycandakı inkişafı görür. Hamı görür ki, torpaqlarımızın 20%-i işğal edilsə də, Azərbaycan inkişaf edir. Bir çox ölkələrdə bu tip problemlər olanda tamam başqa mənzərə müşahidə edilir.
Bu səbəbdən də keçirilən bu tədbirlərin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini düşünürəm”x9d.
xa0
Seymur Əliyevxa0

































































































