Müxalifət “Formula-1”x9d yarışları zamanı aksiya keçirəcəkmi?

Müxalifət “Formula-1”x9d yarışları zamanı aksiya keçirəcəkmi?

Hazırda oxunan: Müxalifət “Formula-1”x9d yarışları zamanı aksiya keçirəcəkmi?

140077

Azərbaycanda insan hüquq və azadlıqları, demokratiya sahəsindəki problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün ölkəmizdə keçirilən regional və qlobal tədbirlər müxalifət tərəfindən bir çox hallarda qeyri-adixa0 fürsət, əlahiddə imkan kimi dəyərləndirildiyiib. Maraqlıdır, bəs bu dəfə müxalifət “Formula-1”x9d yarışları zamanı belə bir aksiya keçirməyi planlaşdırırmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn belə bir aksiya planlaşdırmadıqlarını vurğuladı:

“Hələlik hər hansı müxalifət və hüquq müdafiə təşkilatları tərəfindən belə bir plan və niyyət açıqlanmayıb. Böyük, genişmiqyaslı tədbirlər zamanı kütləvi aksiyaların keçirilməsi də qanunvericiliklə məhdudlaşdırılır. Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı məsələ kifayət qədər məlumdur. Bu baxıman mənim rəhbərlik etdiyim partiya və ictirak etdiyimiz qurumlar belə bir aksiyaları planlaşdırmır. Amma hər hansı bir şəxs və ya qruplar qanuna uyğun şəkildə öz fikrini ifadə etmək istərsə, o zaman onlara qanun daxilində imkan yaradılmalıdır”x9d.

xa0

Seymur Əliyevxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO