“Zəlimxan Yaqubun kitabxanası bir ocaq kimi ziyarət edilir”x9d

“Zəlimxan Yaqubun kitabxanası bir ocaq kimi ziyarət edilir”x9d

Hazırda oxunan: “Zəlimxan Yaqubun kitabxanası bir ocaq kimi ziyarət edilir”x9d

135990

Xalq şairi xa0Zəlimxan Yaqub xa0həm xa0Şimali, həm Güney Azərbaycanda, eləcə də Türkiyədə öz dəsti-xətti, xa0milli ruhlu şeirləri ilə yaddaşlarda böyük izlər qoyub haqq dünyasına qovuşdu...
Vəfatından 4 ay keçməsinə baxmayaraq o, nə ailəsi,nə sənət yoldaşları, nə də media tərəfindən unudulmur və unudulmayacaq da.

Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov Moderator.az-a verdiyi açıqlamasında onun xatirəsinin unudulmadığını, daim yaşadığını bu cümlələrlə ifadə edib:

“Zəlimxan Yaqub uşaqlığından dünyasını dəyişənəcən xa0istər şəxsiyyəti, xa0istər yaradıcılığı, xa0istərsə də xa0dosta, tanışa münasibətilə, xa0xalqın nümayəndələri ilə rəftarı və s. sarıdan elə xa0dərin, silinməz xa0izlər xa0qoyub, gedib ki, onun zəngin çevrəsi, dəyərli xalqı, eləcə də ailəsi xa0tərəfindən unudulması mümkünsüzdür...
Zəlimxan Yaqubun evimizdə 2 otaqlı geniş bir kitabxanası var ki, bura onu sevənlər tərəfindən bir ocaq kimi daim ziyarət edilir və böyük marağa səbəb olur.
Azərbaycanın bölgələrindən, ölkədən xaricdə və digər yerlərdən onu sevənlər, sənətinə vurğun olanlar, ədəbi irsindən faydalanmaq istəyənlər gəlir, ziyarət edir. Onun nece dəyərli, ölməz sənətkar olduğunu xatirələrimizdə təkrar-təkrar təzələyirlər.
Şairin ailəsi - istər həyat yoldaşı xanımı Sahibə xanım, istərsə də övladları, nəvələri həmişə onun varlığını evimizdə, süfrəmizin başında hiss edirik. Onun həyat eşqini, bizə miras qoyduğu zəngin ədəbi-əxlaqi irsini qəlbimizdə, ruhumuzda yaşadırıq.
Biz xalqımızdan, dövlətimizdən, prezidentimizdən onun xatirəsini yaşatdıqları, uca tutduqları, yad etdikləri, unutmadıqları üçün çox razıyıq...”x9d

Kəmalə Yusifli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO