- A-
- A
- A+
Gündəm
16:18 / 08.05.2016
1 dəq oxunma
"Mayın 8 -i olmasa da, 9-da, 10-da hücum olacaq" - ŞOK PROQNOZ
Hazırda oxunan: "Mayın 8 -i olmasa da, 9-da, 10-da hücum olacaq" - ŞOK PROQNOZ
135714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə bildirib ki, ermənilər qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər.
Deputat vurğulayıb ki, mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq:
“Ermənistan və dünya erməniləri böyük vahimə içindədirlər. Ermənilər qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər. Yəqin bu axşam Ermənistanda və işğal edilmiş zonada heç kim yatmayacaq, neçəsinin adi bir şıqqıltıdanürəyi partlayacaq. Sonradan onları da "genosid siyahısına" əlavə edəcəklər.
Amma, onlar düz fikirləşirlər, hücum olacaq. Mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməkdən inadkarlıqla imtina etdikdə Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmayacaq.
Onun tarixini isə saytlarda xəbərlər vasitəsi ilə elan etməyəcəklər. Ermənistan bir də görəcək Azərbaycan bayrağı Xankəndində, Şuşada asılıb”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































