"Rus sülhməramlılarının Azərbaycana gəlişinə heç bir şərtlə razılıq vermək olmaz"

Hazırda oxunan: "Rus sülhməramlılarının Azərbaycana gəlişinə heç bir şərtlə razılıq vermək olmaz"

134808

Son günlər ölkə gündəmində müzakirə edilən başlıca məsələlərdən biri rus qoşunlarının sülhməramlı qüvvələr kimi Qarabağda yerləşdirilməsinin nə dərəcədə məqsədəuyğun olub-olmadığı ilə bağlıdır.

Hər hansı bir şərt daxilində rus qoşunlarının sülhməramlı qüvvələr adı altında Qarabağda yerləşdirilməsinə razılıq vermək mümkündürmü?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, politoloq Araz Əlizadə heç bir halda Qarabağda hər hansı sülhməramlı qüvvə yerləşdirməyin Azərbaycanın maraqlarına uyğun olmadığını vurğuladı:

"Buna heç bir halda, heç bir şərtlə razılıq vermək olmaz. Şəxsən mən bunun əleyhinəyəm. Bunun faydalı olduğuna dəli də inanmaz. Sadəsə, rus qoşunlarının deyil, avroatlantik məkana məxsus qoşunların da sülhməramlı kimi Qarabğda yerləşdiriməsinin əleyhinəyəm. Çünki bu, o demək olacaq ki, biz silahdan istifadə edib öz hüquqlarımızı qoruya bilməyəcəyik".

xa0

Seymur Əliyevxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO