Azərbaycan gənclərinə çağırış -Erməniləri ifşa edin...

Azərbaycan gənclərinə çağırış -Erməniləri ifşa edin...

Hazırda oxunan: Azərbaycan gənclərinə çağırış -Erməniləri ifşa edin...

129803
Əziz Azərbaycan Gəncləri!
Bu gün baş verənlər tək Müdafiə Nazirliyinin, Milli Ordunun və Əsgərlərimizin işi deyil. Onlardan da az olmayan iş Sizin çiyninizdədir. Bu dəqiqələrdə Rusiya saytlarına diqqət yetirdim və ermənilərin həmişəki kimi aktivliyini Bizim isə passivliyimizi gördüm. Erməni gəncləri Rusiya mətbuatında az qala Azərbaycan ordusunu işğalçı kimi təqdim edib dinc sakinlərə atəş açmaqda ittiham edir. Bu məqamda Sizlərin görəcəyi çox işlər var.xa0
Bildiyiniz bütün xarici dillərdə, xüsusən rus dilində aşağıdakı məzmunda məlumatları paylaşmaq lazımdır:
- Erməni silahlı qüvvələri tək Azərbaycan torpağı olan Dağlıq Qarabağı yox, həm də yalnız Azərbaycanlılar yaşayan ”ª#”ŽKəlbəcər”¬, ”ª#”ŽLaçın”¬, ”ª#”ŽQubadlı”¬, ”ª#”ŽZəngilan”¬, ”ª#”ŽCəbrayıl”¬, ”ª#”ŽAğdam”¬, ”ª#”ŽFüzuli”¬ rayonlarını da işğal ediblər. Orada yaşayan dinc sakinləri qırıblar. Xocalıda yaşayan 613 dinc sakini isə vəhşicəsinə qətlə yetiriblər.
- Bu gün dünyanın başına bəla olan terror aktlarını da ilk dəfə erməni terrorçuları (ASALA) Azərbaycana qarşı 1988-ci ildə başlayıblar. Bu terror aktlarının dəqiq tarixləri və fəsadları barədə buradan məlumat əldə edib paylaşın: //az.wikipedia.org/wiki/Erm%C9%99ni_terrorizmi
- Bu gün də hücum edən erməni silahlı qoşunlarıdır. Biz sadəcə müdafiə olunuruq. Ermənistan ilk ”ª#”ŽQaraba𔬠müharibəsində olduğu kimi yenə aqressor tərəfdir.
Xüsusilə gənclərdən xahiş edirəm ki, bu mövzuda xarici mətbuatda, saytlarda, sosial şəbəkələrdə paylaşılan yazılara şərh yazın, oradakı bizi müdafiə edən şərhləri bəyənin, bizim əleyhimizə yazılan yalan şərhləri ifşa edin. Yazılarınızda maksimum mədəni davranın, təhqirlərə yol verməyin. Yazılarda erməni tərəfində döyüşən və həlak olan rus əsgərlərinin, istifadədə rus silahlarının olduğunu qeyd edin.

Aslan İsmayılov, tanınmış hüquqşunas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO