“Formula 1": Ferstappen liderliyini möhkəmləndirdi

Hazırda oxunan: “Formula 1": Ferstappen liderliyini möhkəmləndirdi

133501

"Formula 1" Azərbaycan Qran-Prisinin sprint yarışından sonra “Red Bull Racing”in pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib. 

Bizim.Media xəbər verir ki, sprint yarışında üçüncü olan niderlandlı pilot 6 xal qazanıb. Onun aktivində 75 xal var. 

Yarışın qalibi olan və səkkiz xal qazanan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikincidir – 62 xal. Sprintdə ikinci olan Şarl Lekler yeddi xal əldə edib və 13 xalla ümumi sıralamada səkkizinci pilləyə yüksəlib. 
Turnir cədvəlində ilk üçülüyü “Aston Martin” komandasının pilotu Fernando Alonso tamamlayır.

Onun aktivində 48 xal var. Sprintdə altıncı olan ispaniyalı pilot akitivinə üç xal yazdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO