
- A-
- A
- A+
Ekskluziv
07:41 / 01.06.2023
2 dəq oxunma
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
Hazırda oxunan: Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
643889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Necə oldu, bu “təsadüfi xəta” məhz Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan, Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə baş verdi?..”
Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti 2023-cü il mayın 31-də rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonalarına daxil ediblər.

Moderator.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin dünən – 31 may 2022-ci il tarixinə aid dislokasiya xəritəsindən bəlli olur.
Xəritədən göründüyü kimi, “sülhməramlı”lar eyni tarixdə hətta Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla Laçın şəhərini də əhatə edən patrul marşrutu da həyata keçirdiklərin qeyd ediblər.
Zəruri şərh:
Moderator.az-ı daimi izləyənlər yaxşı bilir ki, bu, son iki il yarımdan çox müddətdə Rusiya Müdafiə Nazirliyinin ilk belə “xəta”sı deyil. Hələ Laçın şəhəri nəzarətimizə qaytarılmamışdan öncə Tərtər rayonunun “sülhməramlı”ların nəzarətində olmayan Suqovuşan, Qapanlı kəndləri və s. məntəqələrlə də bağlı belə “texniki səhvlər” olmuşdu...
Konkret Laçın şəhəri və “köhnə dəhliz” ərazisinə gəldikdə isə, məsələn, 2022-ci il sentyabrın 17-də yenə də Laçın şəhəri və “köhnə dəhliz”dəki Ağanus kəndi də “sülhməramlı”ların dislokasiya və patrul xidməti xəritələrinə yerləşdirilmişdi(bax://moderator.az/az/ekskluziv/552560/rusiya-mn-lacin-seheri-ve-aanus-kendini-yeniden-nezaret-zonasina-saldi-xeriteler/ ). Ondan sonra bir neçə dəfə də Laçın şəhəri ərazisinə “patrul xidməti” salınmışdı. Qalan dövrdə bəhs edilən xəritələrə Laçın şəhəri salınmasa da, ötən yazılarımızda ətraflı izah etdiyimiz kimi, həm “köhnə dəhliz”, həm də ermənilər üçün çəkilmiş yeni, alternativ yol ətrafı ərazilər Rusiyanın nəzarət zonasına daxil olunmaqda davam edildi(bax: //moderator.az/az/ekskluziv/629379/sulhmeramlilar-bu-razilasmani-da-pozur-hele-de-khne-lacin-yolunu-nezaretde-saxlayirlar/)...
Bütün hallarda Rusiya MN Laçın şəhəri ilə bağlı bu “texniki”, “təsadüfi” adlandıracaqları “xəta” haqda izahat verməlidir...
Necə oldu, həmin “təsadüfi xəta” məhz Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə baş verdi?..
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




































































































