İki cinsiyyət orqanı olan körpə doğuldu, hər 6 milyon yenidoğulmuşlarda bir dəfə rast gəlinir...

İki cinsiyyət orqanı olan körpə doğuldu, hər 6 milyon yenidoğulmuşlarda bir dəfə rast gəlinir...

Hazırda oxunan: İki cinsiyyət orqanı olan körpə doğuldu, hər 6 milyon yenidoğulmuşlarda bir dəfə rast gəlinir...
631606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Uşağın hər iki cinsiyyət üzvü normal formadadır və sidik ifraz edə bilir..."

 

"Bəşər tarixində cəmi 100 belə nadir xəstəlik aşkar edilib və hər 6 milyon yenidoğulmuşlarda bir dəfə rast gəlinir..."

 

Pakistanda nadir anomal xəstəliyi-difaliyası olan oğlan uşağı dünyaya gəlib, onun iki cinsiyyət üzvü var, anusu isə yoxdur.

 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.

 

Məlumat verilir ki, bu, altı milyon yenidoğulmuşlarda bir dəfə rast gəlinir.

Körpə əməliyyat edilib, nəticədə həkimlər körpədə defekasiya aktı üçün kolokoskopiyanın köməyilə arxa dəlik yaradıb.

Oğlanın cinsiyyət üzvlərinin biri digərindən uzundur, lakin hər ikisi "normal formadadır" və sidik ifrazı mümkündür. 

Həkimlər bədənin bu hissəsini əməliyyat etməməyə qərar verib, hesab edib ki, körpə hər iki cinsiyyət üzvündən istifadə edə bilər.

Həkimlər qeyd edir ki, difaliya nadir və təhlükəli anomaliyadır, sidik-cinsiyyət və mədə-bağırsaq sisteminin yanaşı anomaliyaları səbəbindən ölümlə nəticələnə bilər. 

Əməliyyat uğurlu keçib, körpə kolostoma yaradılandan iki gün sonra xəstəxanadan yazılıb.

Bəşər tarixində cəmi 100 belə hala rast gəlinməyinə rəğmən, 36 həftədən sonra doğulan uşaqda iki "düzgün formalaşan cinsiyyət üzvü" olan nadir xəstəliyin daha bir nümunəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO