İranın hərbi yük təyyarələrinin Moskvaya uçuşları davam edir...-İSRAİL MEDİASI

İranın hərbi yük təyyarələrinin Moskvaya uçuşları davam edir...-İSRAİL MEDİASI

Hazırda oxunan: İranın hərbi yük təyyarələrinin Moskvaya uçuşları davam edir...-İSRAİL MEDİASI

625225
"Yalnız 2023-cü ilin əvvəlindən bəri "SEPAH" və İran Müdafiə Nazirliyinə bağlı yük təyyarələri Moskvaya onlarla uçuş həyata keçirib..."
 
İranın “İl-76TD” (EP-PUS) hərbi yük təyyarəsi təyinatı naməlum olan əmlakla Rusiya paytaxtına səfərlərini davam etdirir. 
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, “Voyennnıy osvedomitel” (“Hərbi informant”) teleqram-kanalının yaydığı məlumata görə, aprelin 9-dan bu təyyarə Tehrandan Moskvaya iki uçuş həyata keçirib.
Yalnız 2023-cü ilin əvvəlindən bəri "SEPAH" və İran Müdafiə Nazirliyinə bağlı yük təyyarələri Moskvaya onlarla uçuş həyata keçirib.
 
Hərbi ekspertlərin fikrincə, İran Rusiya Federasiyasına Rusiya ordusunun Ukraynaya qarşı müharibə zamanı istifadə etdiyi minlərlə pilotsuz uçuş aparatı verib. Söhbət ilk növbədə "Şahed-136" və "Şahed-131" PUA-larından gedir. Həmçinin, Ukrayna ərazisi üzərində İrana məxsus “Mohajer-6” PUA-ları da görünüb və vurulub.
 
Hətta ötən il İrandan Rusiya Federasiyasına “Arash-2” kamikadze pilotsuz uçan aparatların və “Fateh-110” və “Zulfiqar” qısamənzilli ballistik raketlərin çatdırılması gözlənilirdi. Lakin bu cür çatdırılmaların həyata keçirildiyi barədə təsdiqlənmiş məlumat yoxdur.
 
Qeyd edək ki, İrandan Rusiya Federasiyasına silah tədarükü təkcə hava deyil, həm də dəniz yolu ilə - Xəzər dənizi vasitəsilə Həştərxan limanına qədər həyata keçirilə bilər.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO