Vardanyan yenə də

Vardanyan yenə də "sülhməramlı"larının sayının və silahlarının artırılmasından danışdı...

Hazırda oxunan: Vardanyan yenə də "sülhməramlı"larının sayının və silahlarının artırılmasından danışdı...
620108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
" Bəli, təəssüf ki, məhdud mandatla, az sayda, yüngül silahlarla..."
 
"Rusiya sülhməramlılarının mövcudluğu Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı üçün çox vacib elementdir".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisindəki 32 yaşlı separatçı-terrorçu rejimin Rusiyanın dəstəyi ilə nəzarət etdiyi ərazidə 7-ci aydır sülənən keçmiş qondarma "dövlət naziri"  Ruben Vardanyan  öz telegram-kanalında istifadəçilərin suallarını cavablandırarkən bildirib.
 
“Mən dərindən əminəm ki, hazırda bu blokada və etnik təmizləmə şəraitində burada 2000 rus əsgər və zabitinin olması təhlükəsizlik təminatının çox mühüm elementidir. Bəli, natamam... Bəli, təəssüf ki, məhdud mandatla, az sayda, yüngül silahlarla... Bizdən çox şey asılıdır. Əgər biz bacardıqca birləşə bilsək, dünyaya göstərə bilsək ki, biz Azərbaycanın bir hissəsi olmayacağıq, öz doğma torpağımızda yaşamaq üçün hər şeyi edəcəyik, əminəm ki, həm dünya ictimaiyyəti, həm də Rusiya hər şeyi edəcək. Çalışacaqlar ki, sülhməramlıların daha uzun mandatı olsun, sülhməramlılar daha çox saya və silaha sahib olsunlar”, - deyə Putinin milyarder "desantı" Vardanyan çərənləyib.
 
Sultan Laçın
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO