"Qərb ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrə açıq kobud təzyiqi gücləndirir..."
"2022-ci ildə dünyada 400-dən çox adam milyardçı statusundan məhrum olub, əksəriyyəti də Çindəndir..."
ÇXR sədri Si Tszinpinin Moskvaya səfəri zamanı Rusiya və Çin tərəfi strateji tətəfdaşlıq və iqtisadi əməkdaşlıq barədə bəyanat verdikdən sonra Çinin ən böyük logistika şirkəti özünün Şanxayda və Şençjendəki anbarlarından Rusiyaya mallarının göndərilməsini dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Baza" nəşri yazıb.
Məlumatda deyilir ki, Çinin OOCL Logistics şirkəti Rusiyaya artıq ödəniş edilmiş paltar, ətəklər, şalvarlar, ayaqqabı və digər geyimləri göndərmir. Buna səbəb sanksiyalardır.
OOCL nümayəndələri izah edib ki, malları konteynerlərə yükləmək və ya kənar daşıyıcıya vermək niyyətində deyil. Şirkət həmçinin Rusiya tədarükçülərindən məhsul qəbulundan da imtina edib.
OOCL Logistics dünyada konteyner daşınmaları üzrə ən böyük logistik şirkətlərindən biri olan Orient Overseas-a məxsusdur. Mənzil-qərargahı Qonkonqda yerləşir. Son vaxtlaradək OOCL şirkəti rusiyalı müştərilərlə adi rejimdə işləyib.
Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrə "açıq kobud təzyiqi" gücləndirir.
"Bu dövlətlərin özləri bu barədə bizə deyirlər. Təəssüf ki, onlar belə basqılarla üzləşir", - Peskov jurnalistlərə deyib.
Bundan əvvəl iki ölkə Rusiyaya tədarükü məhdudlaşdırıb. Əvvəlcə Türkiyə sanksiya altında olan malları Rusiyaya göndərməkdən imtina edib.
Daha sonra Qazaxıstan da belə edib. Onun hökuməti ölkəyə sonradan yenidən ixrac edilməsi üçün gətirilən malların izlənilməsi üzrə on-line sistem tətbiq edir və aprelin 1-dən qüvvədə olacaq.
Bu, Rusiyaya qarşı Ukraynada müharibə səbəbindən tətbiq edilən Qərb sanksiyalarının pozulmasına yol verməmək üçün edilib.
Ukraynada müharibə və Çinin mövqeyi
2022-ci ildə 400-dən artıq adam milyardçı statusundan məhrum olub, onların əksəriyyəti Çindəndir. Çin "Hurun Global Rich List 2023" siyahısından 229 milyardçısını itirib.
Siyahıya cəmi 3112 nəfər daxildir, ötən il bu rəqəm 3381 olub. Çində milyardçıların ümumi sayı 16 yanvar 2023-cü il tarixə 969 nəfər təşkil edib. ABŞ-da bu göstərici 691 nəfərdir.
2023-cü ildə Rusiya prezidenti Vladimir Putin Çinlə daha sıx əməkdaşlıq etməyi planlaşdırıb, lakin ÇXR sədri Si Tszinpinlə danışıqların nəticələrinə görə fiaskoya uğrayıb. Çin Putinin Rusiya qazının alışını artırmaq təklifindən çəkinib.


































































































