"Xoşbəxt ölkələr sırasında Danimarka, İslandiya və İsrail də yer alıb..."
Dünyada ən xoşbəxt ölkələrin reytinqi tərtib edilib.
Təqiqat göstərib ki, pandemiya insanların xoşbəxtlik səviyyəsinə təsir etməyib. Finlandiya altıncı ildir ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsidir.
Moderator.az xəbər verir ki, bunu Ümumdünya Xoşbəxtik Məruzəsinin (World Happiness Report) nəticələri sübut edir.
İkinci və üçüncü yerləri Danimarka və İslandiya tutub, dördüncü yerdə İsrail qərarlaşıb.
Daha sonra Niderland gəlir. 6-cı yerdən 10-cu yerədək İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya yer alıb.
Rusiya yeni reytinqdə 70-ci yerdədir. Ukrayna 92-ci yeri tutub. Hesabata görə, Rusiyanın tammiqyaslı hücumu Ukraynada rifah halına təsir edib.
Lakin "Ukrayada əzabların və itkilərin miqyasına rəğmən, 2022-ci ilin sentyabrında həyatın dəyəri 2014-cü il Krımın ilhaqından sonra olduğundan yüksək olub, onlar indi ümumi məqsədin, xeyirxahlığın və hökuməyə etimadın daha güclü hissi ilə möhkəmlənib".
Hesabata görə, Ukraynada xeyriyyəçilik rekord səviyyəyə çatıb, Rusiyada isə xeyli azalıb. Bunu "The Guardian" nəşri yazıb. Bundan başqa, Ukraynada narahatlıq hissi artıb, Rusiyada dəyişməz qalıb.
Reytinqin sonunda Əfqanıstan və Livan yer alıb, onlar uyğun olaraq 137 və 136-cı yerləri tutub.
Xoşbəxt ölkələrin reytinqi necə tərtib edilir və Ukrayna hansı mövqelərdə olub?
Reytinq 2012-ci ildən başlayaraq hər il tərtib ediir. Bu zaman ekspertlər tərəfindən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, ömür müddəti, vətəndaş azadlıqlarına riayət edilməsi, əhalinin məşğulluq səviyyəsi, korrupsiyanın səviyyəsi, həmçinin ictimai rəy sorğusunun nəticələri təhlil edilir.
2020-ci ildə Ukrayna 153 ölkə arasında 123-cü olub, 2021-ci ildə 95 ölkə arasında 69-cu yerdə olub.






































































































