"Bu, informasiya kampaniyasının tərkib hissəsidir, məqsəd Ukraynadan Rusiya ərazilərinə təhlükə görüntüsünü yaratmaqdır..."
"Bu tədbirlər Moskvanın Ukraynanın cənubunda işğal etdiyi əraziləri uzun müddət əlində saxlamağa əmin olmadığını sübut edir..."
Rusiyanın bəzi regionlarının rəhbərləri cavabdeh olduqları ərazilərdə müdafiə qurğularının inşası barədə hesabat verib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd edib.
O cümlədən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ilə sərhəddə müdafiə qurğusunun inşasının başa çatması barədə məlumat verib.
Həmçinin Rusiya prezidentinin sərəncamı ilə ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov müdafiə xəttinin inşası barədə hesabat verib.
Kursk vilayətində də müdafiə xəttinin inşası davam edir. Qladkovun sözlərinə görə, bu qurğulara Rusiya büdcəsindən xeyli vəsait, 10 milyard rubl (təxminən 132 milyon dollar) ayrılıb.
ISW hesab edir ki, bu, xüsusilə Rusiyanın Ukraynada müharibənin maliyyələşməsində problemlərin mövcudluğu fonunda vəsaitlərin boşuna xərclənməsidir.
Analitiklər qeyd edir ki, müdafiə xətləri cəbhə xəttindən uzaqda yerləşən arxa cəbhə rayonlarında və hətta, böyük ehtimalla, heç vaxt döyüş əməliyyatları getməyəcək yerlərdə də yaradılır.
ISW-nin fikrincə, bu, informasiya kampaniyasının tərkib hissəsidir, məqsəd Ukraynadan Rusiya ərazilərinə təhlükənin mövcud olması görüntüsünü yaratmaqdır.
Bu zaman Krımda cəhbə xəttindən uzaqlarda müdafiə qurğularının inşası və bunun üçün daha əhəmiyyəyli döyüş tapşırıqlarını həll edə biləcək insanların cəlb edilməsi onu sübut edə bilər ki, Moskva Ukraynanın cənubunda işğal etdiyi əraziləri uzun müddət əlində saxlamağa əmin deyil.
Hal-hazırda ISW Rusiya qoşunlarının bu müdafiə qurğularının heç birinin sərhəddində yerləşməsini qeydə almayıb. Ona görə də hal-hazırda onların Rusiyanın Ukraynada əməliyyatları üçün heç bir əhəmiyyəti yoxdur.
Bununla birlikdə, Rusiya yay tətili mövsümü ərəfəsində zəbt edilən ərazilərin cazibəsini maksimal dərəcədə yüksəltməyə cəhd edir.
Belə ki, Zaporojye vilayətinin işğal edilən hissəsində Rusiya administrasiyası yay mövsümünə hazırlıq üzrə idarələrarası komissiya yaradıb. İşğalçı hakimiyyət iddia edir ki, rayonda 200 min nəfəri qəbul edə biləcək 1500-dən çox obyekt var.
Həmçinin Krımda Rusiya administrasiyası sərnişin qatarlarının sayını artırmağı planlaşdıraraq vurğulayır ki, 2022-ci ildə turist mövsümü, davam edən müharibəyə rəğmən, uğurlu olub.




































































































