"Ruslar bütün erməniləri qırar -Ermənistandakı bazanın çıxarılmasına yol verməz..."

Hazırda oxunan: "Ruslar bütün erməniləri qırar -Ermənistandakı bazanın çıxarılmasına yol verməz..."

582529
Nəzəri olsa da belə hesab edək ki, Ukraynadakı savaşda uduzmaqda olan Rusiya elə bir duruma düşdü ki, 2023-cü ildə  Azərbaycan ərazisindən “sülhməramlı”ları, Ermənistandan da 102-ci bazasını və sərhəd qoşunlarını tamamilə çıxarmağa məcbur qaldı. Görəsən, o halda da ermənilər Azərbaycanla Qarabağ, sərhəd davası aparacaqmı?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, zabit kimi sovet ordusunda xidmət etmiş, Şuşanın Malıbəyli kəndində doğulduğundan ermənilərin də xislətini, xarakterini yaxşı bilən, ehtiyatda olan polkovnik Azay Kərimov bunları söyləyib:
 
"Əvvəla, Rusiya  Qarabağdan “sülhməramlı” kimi çıxsa da, Ermənistandan inanmıram, qoşunlarını çıxarsın; ruslar ermənilərin hamısını qırarlar, amma buna imkan verməzlər...  Əgər bu, baş versə, bəli, ermənilər nə Ermənistanda  nə də Qarabağda bizə heç bir müqavumət göstərməyəcək və sovet dövründəki kimi qınlarına çəkilib yaşayacaqlar.. Ümid etdikləri Fransadır, o da heç vaxt Azərbaycanı, Türkiyəni qarşısına alıb bura əl uzatmaz..."
 
"Bilirsiz, hazırda yeganə yol Rusiyaya da, Ermənistana da məqamı düşdükcə qorxmadan, çəkinmədən təzyiq, basqı göstərmək, rusların öz dili ilə desək, “nayezd” etməkdir...Əvvəlki söhbətlərimizdə 1990-1991-ci illərdə Qarabağda separatçılara, terrorçulara dəstək verən Rusiya zabitlərini nə günə qoymağımız haqda danışmışıq... Onda hələ dövlətimiz yenicə formalaşırdı, ordumuz yox idi. İndi isə şükür Allaha, güclü dövlətimiz də var, ordumuz da..." - deyə polkovnik vurğulayıb.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO