Koronavirusdan ölənlərin sayı 61% AZALIB

Koronavirusdan ölənlərin sayı 61% AZALIB

Hazırda oxunan: Koronavirusdan ölənlərin sayı 61% AZALIB

143848

Dünyada mayın 29-dan iyunun 25-dək koronavirus infeksiyasına 1 milyondan çox insan yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

Bildirilir ki, qeyd olunan müddət ərzində dünyada 5,7 mindən artıq insan ölüb. Ölüm hallarının sayı ötən 28 gün ilə müqayisədə 61 faiz azalıb.

Bu dövr ərzində ən çox yoluxma 371 513 nəfərlə Koreya Respublikasında aşkar edilib.

Daha sonra Avstraliya (111 543), Braziliya (77 022), Fransa (45 306) və Sinqapur (40 531) gəlir.

Braziliyada mayın 22-dən iyunun 18-dək ən çox - 1 055 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə Rusiya (517), Avstraliya (343) və İtaliya (342) qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO