Azərbaycanda ötən ay 812 nəfər ZƏHƏRLƏNİB 

Azərbaycanda ötən ay 812 nəfər ZƏHƏRLƏNİB 

Hazırda oxunan: Azərbaycanda ötən ay 812 nəfər ZƏHƏRLƏNİB 

139253

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzin Mətbuat xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib. 
Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO