Koroğlu
Sənin dövrün keçib Koroğlu dədəm,
Nigarlar üzünə baxıb gedərlər.
Çalış “dəli”x9d demə dəliqanlıya,
Gülləni alnına sıxıb gedərlər.
İndi “dəli”x9d adı alıb yaramaz,
Hətta ərlər belə səni aramaz,
Ha nərə çəksən də işə yaramaz,
Qulağa qulaqçıq taxıb gedərlər.
Qılıncla, qalxanla girsən meydana,
Pulla bədənini boyarlar qana.
Həmzələr səni də doyurar cana
Ruhunu yandırıb yaxıb gedərlər.
Eyvazı səsləsən Həmzə verər səs,
Görərsən yalanmış aldığı nəfəs
Qalmaz döyüşməyə qəlbində həvəs
Dəlilər yanından çıxıb gedərlər.
Bir put plov yeyən nəhəng qarınla
Yaşaya bilməzsən namus, arınla.
Sənin də haqqını arsız harınlar
Gözünün önündə “tıxıb”x9d gedərlər.
Günün kişisində axtarsan hünər,
Vallah kişiliyə ümidin sönər.
Mərdlər səhralarda yağışa dönər
Namərdlər sel kimi axıb gedərlər
Qırata gözucu baxmazlar indi
Qılınc misri olsa taxmazlar indi
İgidi biləklə yıxmazlar indi
Heydər der:- kələklə yıxıb gedərlər...
Heydər Oğuz



































































































