Rüstəm Behrudi bir daha Allah və ölümdən yazmayacaq...

Rüstəm Behrudi bir daha Allah və ölümdən yazmayacaq...

Hazırda oxunan: Rüstəm Behrudi bir daha Allah və ölümdən yazmayacaq...

91304
Ünlü şair Rüstəm Behrudi Allah və ölüm haqqında yazmamağa qərar verib:

"Bu gün çox hörmət elədiyim və inandığım müəllimim, böyük ədəbiyyat adamlarından biri mənə üç aydı əsərlərimi oxuduğunu, bir aydı da haqqımda kitab yazdığını söylədi. Və söylədi ki, səni oxuyandan sonra anladım ki, sən mənim düz 40 ildir tanıdığım adam deyil, tamamilə fərqli bir adammışsan. Yəni, tənha, yapayalnız, təkbaşına bir adam. Sonra da tam ciddiyəti ilə xahiş elədi ki, daha Allahdan və ölümdən heç nə yazmayım. Çünkü Allahdan yazdıqca Allahdan daha çox uzaqlaşır, ölümdən yazdıqca ölümümü daha çox yaxınlaşdırıram...

İndi anlayıram ki, o düşüncələrində nə qədər haqlı imiş. Doğrudan da mən Allahı anlamağa can atdıqca ondan nə qədər uzaqlaşdığımı, ölümdən yazdıqca ölümün addım səslərinin nə qədər yaxından gəldiyini bütün qəlbimlə, ruhumla hiss eləyirəm...

Və ona görə də Tanrım, daha sənnən işim yox! Varsansa, olduğuna görə çox sağ ol, yoxsansa nə gözəl, şirin bir aldanış!
Ölümə gəlincə, əlvida, ölüm, əlvida, görüşənədək.

Ancaq, son dəfə yenə də olümü düşündüm:

Ölüm də var, ölümə sən
Dərd eləmə, eləmə sən.
Tabutumdan sən tutarsan,
Bir də bir mələk çağırın...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO